Подписаться на:
Комментарии к сообщению (Atom)
Xəzər 5 ölkənin dənizidir.Onun ətrafında Rusiya Federasiyası,Qazaxıstan,Türkmənistan,İran və Azərbaycan Respublikaları yerləşir.Xəzər 800 km-dən artıq məsafədə Azərbaycan sahillərini əhatə edir.Avropa ve Şərq ölkələrində ona Kaspi, Azərbaycanda isə Xəzər deyilir.Xəzər dənizinin sahəsi 371 min kvadrat km-dir,həcmi isə 76 min kub km-dir.
Xəzər dənizinin üç mühüm problemi mövcuddur:1)Xəzərin səviyyə tərəddüdü 2)Ekoloji çirklənmə 3)Bİoloji.
1)Xəzər dənizinin səvviyəsi daima tərəddüd etmişdir.Xəzər dənizinin maksimum səviyyəsi 1929-cu ildə müşahidə edilmişdir.Həmin vaxt Xəzərin sahəsi 422 min kvadrat km-ə çatırdı.Sonrakı 10-12 ildə Xəzərin səviyyəsi 2 m aşağı düşmüşdür və sahəsi 50 min kvadrat km-ə qədər azalmışdır.Xəzərdə suyun səviyyəsinin dəyişməsi tektonik hərəkətlərlə ,iqlimlə və suyun çirklənməsi ilə əlaqədardır.
2)Ekoloji çirklənmə nəticəsində Neft Daşları Bakı buxtası Sumqayıt sahilləri "ölü" zonalara çevrilmişdir.Xəzərin Azərbaycan sahillərinə hər il 300-400 mln. kub m-dən artıq çirkab suları axıdılır.Həmçinin dənizə 100 min tondan artıq neft və neft məhsulları atılır.Neft tullantıları suyun səthini örtərək 3)-cü bioloji problemə təkan verir.Bu problem Xəzərin canlılar aləmini əhatə edir və onun fauna və florasında növlərin azalmasını göstərir.
Hal-hazırda dövlət səviyyəsində bu problemlərin həlli gedir.
Комментариев нет:
Отправить комментарий